Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bir nəfər orta hesabla 289,2 manatlıq məhsullar alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir nəfər orta hesabla 289,2 manatlıq məhsullar alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 milyard manata bərabər olmuşdur. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Ticarət dövriyyəsinin 4,3 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,0 faiz və 3,3 faiz üstələmişdir.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

8 491,7

102,6

o cümlədən:

ərzaq məhsulları

3 880,5

102,2

içkilər və tütün məmulatları

423,6

100,5

toxuculuq məhsulları, geyim və ayaqqabılar

1 499,6

103,5

elektrik malları və mebellər

506,5

103,0

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

63,2

101,9

əczaçılıq və tibbi mallar

106,7

102,4

avtomobil yanacağı

483,9

101,3

digər qeyri-ərzaq məhsulları

1 527,7

103,8

 

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,2 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 13,0 faizi ticarət müəssisələri, 52,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 19,3 faiz, fərdi sahibkarlar üzrə 0,9 faiz artmış, bazar və yarmarkalarda dəyişməz qalmışdır.

 

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  289,2 manat və ya 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən nominal ifadədə 16,8 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

13.04.2018 12:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ