Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İcbari avtosığortada yeni sistem - ONLARIN FƏALİYYƏTLƏRİ İZLƏNƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari avtosığortada yeni sistem - ONLARIN FƏALİYYƏTLƏRİ İZLƏNƏCƏK

İcbari avtomobil sığortası üzrə yeni sistemin tətbiqinə başlanılıb.

 

Reklam_3_11

Məlumata görə, aprel ayının 15-dən etibarən tətbiqinə başlanılmış yeni sistemin başlıca özəlliyi avtomobilllərin icbari sığortası növü üzrə müqavilələrin buraxılmasında vasitəçilik edən bazar iştirakçılarının (sığorta vasitəçilərinin) məcburi qeydiyyatının aparılmasına, eləcə də avtonəqliyyat vasitəsi sahiblərinin və sığortalanan avtonəqliyyat vasitələrinin dürüst identifikasiyasına şərait yaratmasıdır.

 

Belə ki, artıq icbari sığorta müqavilələri həm sürücülərin, həm də avtonəqliyyat vasitələrinin qeydiyyat məlumatları müvafiq dövlət informasiya ehtiyatlarından real zaman rejimində sinxronlaşdırılmaqla bağlanacaq. Qeyd etmək lazımdır ki, icbari sığorta müqavilələri əvvəlki qaydada, yəni İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti tərəfindən buraxılacaq və burada hər hansı mərkəzləşmədən söhbət getmir. Yeni sistem həmçinin mobil tətbiq vasitəsilə sığorta şirkətlərinin və vasitəçilərinin ixtiyarına verilmişdir ki, bunun da vasitəsilə onlar daha öz müştəriləri olan sığortalılara daha çevik xidmət göstərə biləcəklər.

 

Başqa sözlə, iki əsas yenilik edilib. Birincisi avtomobil və sürücüyə aid məlumatlar müvafiq dövlət orqanının sistemindən götürüldüyü üçün bu məlumatları saxtalaşdırmaq mümkün olmayacaq. Digər tərəfdən sığorta vasitəçilərinin, yəni agenlər satışları elektron və ASAN İmza ilə etdikləri üçün İSB onların bütün fəaliyyətini izləyə biləcək. 

 

Yeniliyin tətbiqi ilə sığorta predmeti ilə bağlı saxta məlumatların sistemə daxil edilməsi və bunun nəticəsində meydana gələ bilən sığorta haqqının azaldıması kimi neqativ halların da qarşısı alınacaq.

 

© Fins

16.04.2018 08:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ