Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Samsung haqqında şok iddia!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samsung haqqında şok iddia!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Samsung-un Cənubi Koreyanın qış olimpiya oyunlarındakı namizəd şəhəri Pyeongchang-ın dəstəklənməsi qarşılığında IAAF yarışına sponsor olduğu iddia edilir.


 

Reklam_3_11

Seuldan yayımlanan SBS televiziyası, texnologiya nəhəngi Samsung-un, sponsorluq müqaviləsi üçün korrupsiya iddiaları səbəbindən istefa etmək məcburiyyətində qalan IAAF keçmiş sədri Lamine Diack-ın oğlu Papa Massata Diack-ı lobbist olaraq istifadə etdiyini bildirib.
 

"Marja" xəbər verir ki, iddiaya görə, Samsung-un, 2010-12 illəri arasındakı "Diamond League" yarışlarına 9.5 milyon dollarlıq sponsorluğu qarşılığında bəzi Olimpiya Komitəsi (IOC) üzvlərinin 2018 Qış Olimpiya Oyunları üçün Pyeongchang-ın namizədliyini dəstəkləməsi tələb olunub. Dövrün IAAF sədri Lamine Diack eyni zamanda IOC üzvlüyünə də malik idi.
 

SBS, bu iddiasına istinad olaraq Samsung və Papa Massata Diack arasında elektron poçt yazışmalarını göstərib.  
 

Samsung isə iddiaları təkzib edərək SBS-in xəbərinin doğru olmadığını açıqlayıb. Şirkətin, IAAF da daxil olmaqla bir çox beynəlxalq idman sponsorluğu müqaviləsi imzaladıqlarını və bunların hüquqi çərçivədə olduğu bildirilib.
 

İki dəfə müraciətində uğurlu olmayan Pyeongchang, 2011-ci ildə müsabiqədə Münhen və Fransanın Annecy şəhərlərini məğlub edərək qazanmağı bacarmış və 2018 Qış Olimpiya oyunlarına da ev sahibliyi etmişdi.

16.04.2018 12:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ