Suriya ordusunun aviabazalarına raket zərbələri endirilib
Aprelin 17-ə keçən gecə Suriyanın Hüms əyalətindəki “Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.
TASS agentliyinin verdiyi xəbərə görə, Suriyanın havadan müdafiə sistemləri “Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub.
“Al Masdar” portalının məlumatına əsasən, zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat rəsmi olaraq Suriya hökuməti tərəfindən təsdiqlənməyib.
İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.
“Al-Masdar”-ın digər məlumatına əsasən, Suriya havadan müdafiə sistemləri ölkənin hava məkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıblar.
İsrail Müdafiə Ordusunun mətbuat xidməti Suriyadakı insidentlə bağlı onlarda heç bir məlumatın olmadığını bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl