Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avro, Lirə və Brent neftində bahalaşma - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, Lirə və Brent neftində bahalaşma - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir və dolların ucuzlaşması neft qiymətlərinə də müsbət təsir edir.


 

Avro 1.24$-ı yuxarı istiqamətdə qırmaq üzrə

 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi bahalaşaraq, aprel ayının maksimum səviyyələrini qırmaq üzrədir. Beləliklə, hal-hazırda 1.24$-ın altında ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, qiymətin 1.26$-a kimi bahalaşa bilməsi üçün güclü siqnal rolunu oynayacaqdır. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın gələcək iqtisadiyyatı ilə bağlı gözlənti indeksi investorların diqqət mərkəzindədir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Dollar/Lirə məzənnəsi 4.02TL-ə kimi ucuzlaşa bilər

 

Türkiyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilir.  Belə ki, 4.0957TL-ə ticarət edilən USD/TRY valyuta cütlüyünün qiyməti 4.0722TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.0196TL-ə kimi də ucuzlaşa bilər.

 

Brent nefti yenidən 73$ istiqamətində

 

Enerji bazarlarında isə Brent nefti 73$-a kimi bahalaşdıqdan sonra 71$-a kimi qismən korreksiya etsə də, yenidən 72$-a kimi dəyər qazanıb. Təhlillərə əsasən, bir barel üzrə qiymət yenidən 73$-a dəyər qazanaraq, üzərində möhkəmlənərsə, 75$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

17.04.2018 07:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ