Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Şirkətlər əlverişli şərtlərlə maliyyə cəlb edə bilərlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər əlverişli şərtlərlə maliyyə cəlb edə bilərlər

LİSTİNQ MƏSLƏHƏT PROQRAMI  

 

Reklam_3_11

Məqsədlər

 

Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətləri korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi, maliyyə şəffaflığının təmin edilməsi, hesabatlılığın təşviqi, kapital bazarının üstünlükləri və buradan vəsait cəlb etməyin yolları barədə məlumatlandırmaqdan və bununla da həmin şirkətlərin kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir

 

Listinq Məsləhət Proqramının işləmə mexanizmi

 

Proqrama qoşulan şirkətlər üçün 3 qrup tərəfdaş olacaqdır. Birinci qrup tərəfindən Bakı Fond Birjası, digər qrup qismində İnvestorlar və son qrup qismində isə məsləhətçi peşəkar şirkətlər çıxış edəcəkdir.İnvestor dedikdə müxtəlif təşkilatlar  və  fiziki şəxslər nəzərdə tutulur. Məsləhətçi qismində çıxış edəcək peşəkarlar dedikdə isə auditorların, investisiya şirkətlərinin, hüquq, PR və investorlarla əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ÖDƏNİŞSİZ əsaslarla dəstəyi nəzərdə tutulur.

 

Nəticələr

 

Proqramın sonunda siz:

Kapital bazarlarının işləmə mexanizmini, stratejik maliyyələşmə yollarını və bunlardan hansının sizə ən uyğun olduğunu müəyyənləşdirmiş olacaqsınız. Maliyyələşmə/İPO prosesini və bu prosesdə tərəflərin rollarını başa düşəcəksiniz.

 

Öz kapitalınızı artırmış və investorlara satış etmiş olacaqsınız.

 

Kütləvi şirkət olmağın tələblərini öyrənmiş  olacaq və müsbət investor əlaqələri quracaqsınız.

 

Yeni investor və ekspert şəbəkəsinə sahib olacaqsınız.

 

LİSTİNQ MƏSLƏHƏT PROQRAMI 3 MƏRHƏLƏDƏ

 

MƏRHƏLƏ 1

 

1-ci mərhələdə şirkətin investisiya edilməsinə hazırlıq dərəcəsi yoxlanılır. Bu məqsədlə ilkin olaraq proqrama qoşulmaq niyyətində olan şirkətdən müəyyən sənədlər toplusu istənilir :

 

Biznes plan, şirkətin rəhbərliyi tərəfindən verilən bəyanat, şirkətin idarəetmə strukturu, vergi bəyannaməsi, maliyyə hesabatları. Daha sonra isə təqdim edilən sənədlər toplusu əsasında Bakı Fond Birjası tərəfindən şirkətin genişlənmə strategiyası yoxlanılır və biznes planı ilə tanış olunur. Növbəti addım olaraq isə şirkətin idarəetmə strukturu, maliyyə modeli və hesabatlılığı, şirkətin hüquqi məsələlər üzrə mövqeyi araşdırılaraq BFB tərəfindən ilkin qiymətləndirmə aparılır. Sonda isə müraciəti uğurlu qiymətləndirilən şirkət Listinq Məsləhət Proqramına üzv olaraq qəbul edilir və BFB ilə şirkət arasında ikitərəfli müqavilə imzalanır

 

MƏRHƏLƏ 2

 

2-ci mərhələdə emitentin məsləhətçi peşəkar şirkətlər tərəfindən qiymətləndirilərək emissiyaya hazırlıq dərəcəsi yoxlanılır :

 

2-ci mərhələdə ilkin olaraq şirkət LMP-yə tərəfdaş qrupunda qoşulmuş məsləhətçi peşəkar şirkətlər tərəfindən uyğun sahələr üzrə qiymətləndirilir və şirkət kapital bazarları vasitəsilə mümkün ola biləcək ən uyğun maliyyələşmə yolunu təyin

 

Növbəti addımda tərəfdaş şirkətlər tərəfindən edilən qiymətləndirmə yekununda İPO/maliyyələşmə prosesi üçün aşkar edilən “çatışmazlıqlar siyahısı” hazırlanır. 2-ci mərhələnin sonunda bu çatışmazlıqların həllinə istiqamətlənmiş yol xəritəsi hazırlanaraq emitentə təqdim edilir. Emitent tərəfindən təsdiq edildikdən sonra şirkət yol xəritəsi üzrə çatışmazlıqlar siyahısında qeyd edilən problemlərin həlli istiqamətində işlərə başlayır və instutisional investor panelinə öz ilkin təqdimatını edir.

 

MƏRHƏLƏ 3

 

3-cü mərhələdə şirkətin listinqə qəbulu başladılır və real ticarəti təşkil edilir.

3-cü və sonuncu mərhələdə İPO/maliyyələşmə prosesi başladılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasına emissiyanın təsdiq edilməsi üçün müraciət etdikdən sonra listinq prosesi başladılır və şirkət listinqə qəbul edilir. Növbəti olaraq “Roud Şou”-lar təşkil olunur və səhm yaxud istiqrazlara investorlar tərəfindən göstərilən maraq ölçülür. Ən sonda isə qiymətli kağızların real ticarəti təşkil edilir və başlanılır

17.04.2018 10:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ