Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qorxudan tualetə getmirlər!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qorxudan tualetə getmirlər!

Gizlincə Amazon-un İngiltərədəki anbarına girən bir yazıçı, işçilərin qarşılarında qoyulmuş hədəflərə çatmaları üçün tualetə getmək əvəzinə, ehtiyaclarını şüşələrə etdiklərini ortaya çıxarıb.



 
Dünyanın ən varlı insanı Cef Bezosun texnologiya nəhəngi Amazon, yeni şirkət mədəniyyətinə görə tənqidlərin mərkəzindədir. Belə ki, işləyənlər qorxudan tualetə getmirlər, xəstələnəndə sərt şəkildə cəzalandırılırlar.
 

"Marja" xəbər verir ki, Amazon-un İngiltərənin Staffordşir (Staffordshire) şəhərində yerləşən anbarına işçi kimi girən yazıçı James Bloodworth, şirkətin məhsul paketləmə və göndərmə işlərini həyata keçirən işçilərinin inanılmaz şərtlərdə çalışdıqlarını ortaya çıxarıb. Bloodworth-ün ortaya çıxardıqları arasında, kompleksdəki tualetlərin sayının az olması səbəbindən çalışanların tualetlərini şüşələrə etdikləri də yer alır.
 

"The Sun" qəzetinə danışan Bloodworth, "Üst mərtəbədə işləyənlər tualetə getmək üçün dörd mərtəbə pilləkən enmək məcburiyyətində qalırlar. Verilən icazə vaxtı tualetə gedib qayıtmağa kifayət etməyə bilər. Boş keçirdikləri zamana görə cəzalandırılacaqlarından və işlərini itirməkdən qorxan insanlar tualetlərini şüşələrə edirlər",- deyib.
 

Amazon-un anbar işçilərinin məhsulları nə qədər sürətli seçib bükdüyünü təqib etdiyi və az fasilələr verdiyi məlum idi. Şirkət, uzun fasilələr verən və ya tapşırığa tam əməl etməyən əməkdaşlarına xəbərdarlıq xalları verir.

 

Amazon-un İngiltərədəki  241 anbar  işçisi ilə  həyata keçirilən və nəticələri həftənin əvvəlində nəşr olunan başqa bir sorğu isə işçilərin dörddə üçünün vaxt məhdudiyyətləri səbəbindən tualetə getməyə çəkindiklərini ortaya çıxarıb. Bir Amazon işçisi: "Tapşırıqlar inanılmaz şəkildə artırılıb. Tualetə getməyə vaxtım olmadığı üçün su içmirəm".
 

Digər bir işçi  isə "Hədəflər hər il artır. Fasilələrdə tualetə qaça-qaça gedirik. Saatda 120 məhsul paketləmək dəhşətli şəkildə ağır bir işdir".
 

Digər bir qadın işçi isə  xəstələnəndə şirkətin ona formal xəbərdarlıq etdiyini deyib: "Özümü çox pis hiss etməmə baxmayaraq işə getdim və iki saatın sonunda artıq dayana bilmədim. Müdirə xəstə olduğumu dedim və həkimə getdim. Həkimdən arayış gətirməmə baxmayaraq rəsmi xəbərdarlıq almışam".
 

Amazon isə həmişə olduğu kimi bu iddiaları da rədd edib və sorğuda iştirak edənlərin Amazon əməkdaşı olduqlarına şübhə etdiklərini bildirib.

17.04.2018 12:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ