Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətləri ABŞ-da ehtiyatların azalmasından sona yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri ABŞ-da ehtiyatların azalmasından sona yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da özəl sektorun açıqladığı məlumatların xam neft ehtiyatlarının azaldığını göstərməsinin ardından neft qiymətləri yüksəlib.  
 

"Marja" xəbər verir ki, neft sektorunun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları ötən həftə 1.05 milyon barrel düşüb. API-nin hesabatına görə, ABŞ-da neft boru xətlərinin birləşdiyi Cushing, Oklahomadakı neft ehtiyatları da Mart ayının əvvəlindən bu yana ilk dəfə düşüb.
 

Reklam_3_11

Suriyadakı geosiyasi risklər, Səudiyyə Ərəbistanı və Yəməndə İranın dəstəklədiyi xadimlər arasında artan təzyiqin neftlə zəngin Orta Şərqdə hasilat problemlərinə səbəb ola biləcəyinə dair qorxular artıb. Bu səbəbdən ötən həftələr neft qiymətləri yüksəlib.

 

OPEC və tərəfdaşları hasilatın azaldılması müqaviləsini 2019-cu ilə uzada biləcəklərinə işarə ediblər.

 

Eyni zamanda, yüksələn neft qiymətləri ABŞ-da istehsalçıların şist nefti istehsalı fəaliyyətlərinin artmasına və ABŞ-da istehsalının rekord səviyyələrə çıxmasına səbəb olur.
 

Bakı vaxtı ilə 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 42 sent bahalaşaraq 66.94 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 36 sent bahalaşaraq 71.94 dollara qalxıb.

18.04.2018 06:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ