Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Polada tələbat bu il 1,8% artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Polada tələbat bu il 1,8% artacaq

Dünya Polad Birliyi (WorldSteel) qlobal iqtisadiyyatdakı müsbət trendə görə, qlobal polad tələbində bu il 1,8 faiz və gələn il də 0,7 faiz artım gözlədiklərini açıqlayıb.
 

Qlobal polad istehsalının 85%-ini təmsil edən Dünya Polad Birliyinin (WorldSteel) aprel ayına dair qlobal polad tələbi hesabatı dərc olunub.
 

Reklam_3_11

"Marja" hesabata istinadən xəbər verir ki, qlobal polad tələbatı bu il 1 milyard 616 milyon tona yüksələcək. Birlik, gələn il də tələbatın 0,7 faiz artaraq 1 milyard 626 milyon ton olmasını gözləyir.
 

Birliyin hesabatında yüksək etimadın, güclü investisiyaların və əmtəə qiymətlərindəki toparlanmanın, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda bu il qlobal olaraq polad tələbinə müsbət təsir etdiyi bildirilərək, gələn il aşağı artımın da Çin iqtisadiyyatında yavaşlama və yüksək faiz nisbətlərindən asılı olaraq investisiyaların sürətinin azalmasından irəli gələcəyi qeyd edilib.
 

Çinin polad tələbinin bu il keçən illə eyni səviyyədə qalması və 2019-da 2 faiz azalması gözlənilir.
 

Birlik, inkişaf etmiş ölkələrdə polad tələbinin bu il 1,8 faiz artmasını və gələn il bunun 1,1%-də qalacağını ehtimal edir. Çin istisna olmaqla inkişaf etməkdə olan iqtisadiyyatların polad tələbinin isə bu il 4,9%, gələn il 4,5% artacağını gözlənilir.
 

18.04.2018 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ