Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Koroğlu”da avtobus dayanacağı ləğv ediləcək, tıxac aradan qalxacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Koroğlu”da avtobus dayanacağı ləğv ediləcək, tıxac aradan qalxacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Metropoliteninin “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb. 

 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb. 

 

Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.

 

Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMN) ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərimizdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələrini və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələrini xahiş edirik.

 

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləvğ ediləcək.

18.04.2018 07:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ