Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ-da neft ehtiyatları azaldı - neftin qiyməti 73 dolları keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft ehtiyatları azaldı - neftin qiyməti 73 dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,1 milyon barrel (0,2 faiz) azalaraq 427,6 milyon barrelə gerilədiyini açıqlayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 0,5 milyon barrel azalma göstərməsi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 3,3 milyon artım göstərmişdi.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 665,5 milyon barreldə sabit qalıb.
 

ABŞ-ın həftəlik benzin ehtiyatları da keçən həftə 3 milyon barrel (1,2 faiz) azalaraq 236 milyon barrelə enib.
 

Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,2 milyon azalma qeyd etməsi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,5 milyon barel artım göstərmişdi.

 

ABŞ-ın xam neft idxalı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 720 min barrel azalma ilə 7,93 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 544 min barel artımla 1,75 milyon barelə çatıb.
 

Xam neft hasilatı son 14 həftədə 13 dəfə yüksəlib

 

ABŞ-ın xam neft hasilatı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 15 min barel artımla 10,54 milyon barelə çatıb.
 

Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 14 həftədə 13 dəfə artım göstərmiş olub.
 

EIA-nın Aprel 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir.
 

Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,4 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağınəzərdə tutulur.
 

Neft qiymətləri artmışdır
 

ABŞ-ın kommersiya məqsədli xam neft və benzin ehtiyatlarındakı  azalmanın ardından qlobal bazarda xam neft qiymətləri artmışdır.
 

London Brent növü neft 73,31 dolları, ABŞ-ın Qərbi Texas (WTI) tipi neft isə 68,37 dolları görüb.
 

Beləliklə, hər iki neft növünün qiyməti təxminən son 3,5 ilin ən yüksək səviyyəsinə çatıb.

18.04.2018 19:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ