Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sığorta bazarının göstəriciləri açıqlandı - SON RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının göstəriciləri açıqlandı - SON RƏQƏMLƏR

 

2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 milyon manat məbləğində sığorta haqları toplanmış, 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılmışdır.

Reklam_3_11

 

Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.      

     

2017-ci ilin 1-ci rübüdən toplanmış sığorta haqları 150,7 milyon manat, sığorta ödənişləri isə 60,2 milyon manat təşkil etmişdi.

 

Könüllü sığorta bazarı üzrə haqlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olmuşdur.

 

2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i  könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşmışdır.

 

2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

19.04.2018 12:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ