Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avtomobil sığortası aşağı maraq ilə geriləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil sığortası aşağı maraq ilə geriləyib

Azəbaycanda avtomobil sığortası yenidən tənəzzüldədir.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ötən ilin 1-ci rübündə avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə toplanmış sığorta haqları 6 milyon 90 min manat ikən, 2018-ci ilin 1-ci rübündə 5 milyon 98 min manat təşkil edib. Başqa sözlə, KASKO üzrə yığımlar təxminən 1 milyon manat azalıb.

 

KASKO ödənişləri isə ötən ilin 1-ci rübündə 2 milyon 772 min manat ikən, bu ilin eyni dövründə 2 milyon 92 min manat təşkil edib.

 

Azərbaycanda avtomobil sahibləri avtomobillərini könüllü sığortalamağa böyük maraq göstərmirlər. Adətən KASKO yeni avtomobil alınan zaman satılır.

 

KASKO – avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin, eyni zamanda hər hansı bir cisimlə toqquşmasından, təbiət hadisələrindən, yanğından, üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərindən və ya qaçırılmasından irəli gələn ziyanın sığortası deməkdir.

 

Azərbaycanda 1,3 milyon ədəddən artıq avtomobil var. Əgər hər bir şəxs avtomobilinə sığorta alarsa KASKO üzrə yığımlar illik 300 milyon manatı keçərdi. 

19.04.2018 14:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ