Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolu imzalanıb.

 

Reklam_3_11

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, məqsəd üçüncü şəxslər üçün mal idxal edən şəxslərin qanunvericiliyə əməl etməsi, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir.

 

Razılaşma Protokolunda Azərbaycan Respublikasında davamlı iqtisadi siyasətin və islahatların həyata keçirildiyi, o cümlədən irimiqyaslı konsepsiyaların, sosial, iqtisadi strategiyaların və proqramların qəbul edildiyi, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırılmasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu vurğulanır.

 

Eyni zamanda, üçüncü şəxslər üçün mal idxal edən şəxslərin idxal əməliyyatlarına nəzarət edilməsinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə idxal olunmuş malların faktiki sahibləri barədə məlumatların əldə edilməsinin, o cümlədən vergitutma obyektərinin uçotunun şəffaflaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun təmin eidlməsinin vacibliyi bəyan edilir.

 

Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrasına yaxın günlərdə başlanılacaq.

20.04.2018 20:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ