Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR

 

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Ancaq yeni tərkibdə bir sıra nazirlik və dövlət komitələrinə rəhbər təyin edilməyib.

 

Səhiyyə, təhsil, gənclər və idman,mədəniyyət, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri təyin edilməyib.

 

Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyinatı olmayıb.

 

Prezident 18 Aprel 2018-ci il tarixli Sərəncamı ilə, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilmişdi.

21.04.2018 15:52

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ