Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Asan Xidmət"i quran kənd təsərrüfatı naziri oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Asan Xidmət"i quran kənd təsərrüfatı naziri oldu

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncam imzalayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Kərimov İnam İmdad oğlu kənd təsərrüfatı naziri təyin olunub.

 

Heydər Əsədovun adı yeni tərkibdə yoxdur.

 

"Asan Xidmət" Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibindədir.

 

HƏYATI

 

İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

 

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

 

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

 

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

 

"Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə tərkibi təsdiq edilən Azərbaycan Respublikası Turizm Şurasının üzvüdür. 

 

"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən Komissiyanın üzvüdür. 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 apel tarixli 1984 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür. 

 

Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

 

İngilis, fransız, fars və rus dillərini bilir.

 

Evlidir, iki övladı var.

21.04.2018 15:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ