Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vəzifədən azad edilmiş Abid Şərifovun səhhətinin pisləşdiyi bildirilir - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vəzifədən azad edilmiş Abid Şərifovun səhhətinin pisləşdiyi bildirilir - YENİLƏNİB

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb.

 

Reklam_3_11

A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyi, hazırda kardiologiya şöbəsində müalicə olunduğu bildirilib.

 

Yayılan informasiyalar haqda açıqlama verən Abid Şərifov, barəsində yazılanların yalan olduğunu deyib. O bildirib ki, hazırda evdədir və səhhəti normaldır:

 

“Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?

 

Əgər, 23 il dövlətin bir vəzifəsində işləmişəmsə və 79 yaşımda cənab prezidentin sərəncamına əsasən, işdən azad edilmişəmsə, bu haqda başqa düşüncələr ola bilər? Hansı ölkədə dövlət məmuru 23 il işləyir? Mən həmişə vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

 

Xatırladaq ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən israildə müalicə olunmuşdu.

 

Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

 

Sabir baş nazir müavini orada əməliyyat olunmuşdu.

 

Qeyd edək ki, Abid Şərifov prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsindən çıxarılıb.

 

XXX

 

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə məlumat yayılıb.

 

Məlumata görə, A.Şərifov təcili xəstəxanaya yerləşdirilib. Hansı xəstəxana barədə məlumat verilməsə də, Abid Şərifovun hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanıb.

 

Qeyd edək ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

 

Sabir baş nazir müavini orada əməliyyat keçirmişdi.

 

Abid Şərifov vəzifədən ötən gün azad edilib. 

 

© Axar.az, Oxu.az  

23.04.2018 07:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ