Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişdi

Dünya Bankı 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 1,8% səviyyəsində proqnozlaşdırır. Bu barədə  bankdan məlumat verilib.

 

Reklam_3_11

Cari ilin yanvar ayında DB 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 0,9% səviyyəsində proqnozlaşdırmışdı.

 

“Proqnozlarımıza əsasən, cari il ölkədə iqtisadiyyatın artımı 1,8% təşkil edəcək. Ümumilikdə, “Şahdəniz” yatağını işlənməsi üzrə “Mərhələ-2” reallaşdırılması, qeyri-neft sektornun inkişafı hesabına ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in artım templərinin sürətlənməsini gözləyirik”, - bankdan qeyd ediblər.

 

DB-nin qiymətləndirmələrinə görə, həmçinin dünya bazarında neftin yüksək qiyməti, o cümlədən ölkədə neft hasilatının sabitləşməsi Azərbaycanda ÜDM-in artım templərinə müsbət təsir edəcək.

 

“Dövlət investisiyalarının artımı qeyri-neft sektorunun artımına təsir edəcək. Lakin, böhrandan sonra bank sektorunun uzun müddət bərpası və nisbətən zəif biznes mühit səbəbindən respublikada ÜDM-in artımı orta səviyyədə qalacaq”, - bankdan vurğulanıb.

 

DB-da hesab edirlər ki, 2018-ci ildə dövlət kapital qoyuluşlarının artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin artımı ilə şərtlənir.

 

“İnflyasiyanın qorunması məqsədilə AMB pul-kredit siyasətinin sərtləşdirilməsini davam etdirməlidir”, - bankdan qeyd ediblər. 

 

© “İnterfaks-Azərbaycan” 

23.04.2018 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ