Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

SOCAR-a qaz təhvil verib, xam neft alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-a qaz təhvil verib, xam neft alacaq

 Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz kondensat yatağından hasil olunan bütün kondensat həcmləri Svop əsasında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) veriləcək.

 

Reklam_3_11

Bunu Şirkətin Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.

 

"Total şirkəti ilə müqaviləyə əsasən "Abşeron" yatağından hasil olunan qaz daxili bazara çatdırılacaq, kondensat həcmləri isə svop əsasında SOCAR-a veriləcək. Bunun əvəzində isə "Total" Ceyhan limanında müvafiq həcmdə xam neft alacaq",- deyə idarə rəisi qeyd edib.

 

Onun sözlərinə görə, yatağın II mərhələsinin işlənməsi ilə bağlı konsepsiya hələ hazır deyil: "Bu konsepsiya birinci istismar quyusunun əsasında formalaşdırılacaq".

 

V. Əliyev bildirib ki, "Abşeron" yatağında birinci istismar quyusunun qazılmasına yaxın vaxtlarda başlanılacaq: "Hazırda mövcud kəşfiyyat quyusunun ləğvetmə işləri aparılır".

 

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

 

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

 

© Report

23.04.2018 11:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ