"Bakı Metropoliteni" stansiyada tikinti işlərini sürətləndirib
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bənövşəyi xətt üzrə stansiyada tikinti işlərini sürətləndirib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib:
"Bənövşəyi xəttin B3 adlanan stansiyasında tikinti işlərini daha da sürətləndirmişik. Həmçinin Dərnəgül elektrik deposunda da işlər sürətləndirilib".
Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
11 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 13 saat əvvəl
- 13 saat əvvəl