Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank ilk rübü mənfəətlə bağlayıb - RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank ilk rübü mənfəətlə bağlayıb - RƏQƏMLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PAŞA Bank ASC-nin yerli standartlar əsasında tərtib edilmiş rüblük hesabatlarına görə, Bank, 2018-ci ilin 1-cü rübünü 6 milyon 532 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci ilin 1-ci rübü ilə müqayisədə 3,7 dəfə azdır. PAŞA Bank 2017-ci ilin ilk rübünü 23 milyon 946 min manat xalis mənfəətlə bağlamışdı.

 

“Marja” hesabatlara istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə PAŞA Bankın cəmi gəlirləri 47 milyon 98 min manat, o cümlədən faiz gəlirləri 40 milyon 307 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 791 min manat təşkil edib.

 

Xərclər çıxıldıqdan sonra Bankın 7 milyon 664 min manat əməliyyat mənfəəti qalıb. Bu mənfəətdən 1 milyon 132 min manat mənfəət vergisi ödənilib.

 

2017-ci ilin yanvar-mart dövründə PAŞA Bankın cəmi gəlirləri 61 milyon 475 min manat, o cümlədən faiz gəlirləri 42 milyon 743 min manat, qeyri-faiz gəlirləri isə 18 milyon 732 min manat təşkil etmişdi. 

 

2017-ci ilin ilk rübündə faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata ayırma 13 milyon 327 min manat ikən, 2018-ci ilin ilk rübündə 14 milyon 166 min manat təşkil edib. 

 

PAŞA Bankın xalis mənfəətinin azalmasının əsas səbəbi xarici valyutadan xalis gəlirlərin 14 milyon 886 min manatdan 2 milyon 161 min manata düşməsidir. 2017-ci ilin əvvəlində məzənnələrdə spred yüksək idi, Dollar əvvəlki dövrlər ilə müqayisədə bahalaşırdı və nəticədə də banklar valyuta əməliyyatlarından daha yüksək gəlir götürürdülər. PAŞA Bank, məzənnənin sabitləşməsilə xarici valyutadan xalis gəlirlərin də düşəcəyini gözləyirdi.

 

Ötən ilin ilk rübü ilə müqayisədə PAŞA Bankın faiz gəlirəri azalıb, ehtiyatlara ayırma artıb. Eyni zamanda işçilər üzrə xərclərin artması ilə cəmi xərclər də artıb. Bütün bu amillər də xalis mənfəətinin azalmasına təsir göstərib.

 

31 Mart 2018-ci il tarixində PAŞA Bank 3 milyard 707 milyon manat cəmi aktivlərə, 3 milyard 299 milyon manat cəmi öhdəliklərə və 409,1 milyon manat cəmi kapitala malik olub.

24.04.2018 07:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ