Bu ölkədə Azərbaycanın ticarət evi açılacaq
Azərbaycan 2017-ci ildə Rusiyada ticarət evi açmağı planlaşdırır. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Bu il Rusiya, Belarus və Ukraynada ticarət evlərinin açılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2017-ci ildə bir sıra ölkələrdə, eləcə də Rusiyada ticarət nümayəndələrinin təyin olunması planlaşdırılır.
“Cari ildə Azərbaycan bir sıra ölkələrə ticarət missiyaları təşkil edəcək və öz məhsullarını beynəlxalq sərgilərdə təqdim edəcək”, - deyə məlumatda qeyd olunur.
Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunacaq
Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunacaq. Bunu Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AmCham) üzvləri ilə keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
“Ölkəmizin birinci ticarət nümayəndəsinin Rusiyada təyin olunması məqsədəuyğundur. Çünki Rusiya Azərbaycanın əsas xarici ticarət partnyorlarından biridir”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, yaxın zamanlarda Çin və Birləşmiş Ərəb Əmirliyində də ticarət nümayəndələrinin təyin olunması imkanları nəzərdən keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl