Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Qazprom"dan Baltik Dənizində 20 milyard dollarlıq layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qazprom"dan Baltik Dənizində 20 milyard dollarlıq layihə

Rusiyanın enerji şirkəti "Qazprom"un, Baltik Dənizi sahilində 20 milyard dollarlıq qaz emalı kompleksi yaradılması işlərinə başladığı bildirilir.
 

"Marja" xəbər verir ki, Rusiyanın xəbər agentliyi TASS-ın "Qazprom" rəsmilərinə istinadən yaydığı xəbərinə görə, "Qazprom", Sankt- Peterburq şəhəri yaxınlığında və Baltik Dənizi sahili olan bir ərazidə illik 45 milyard kubmetr qaz emalı gücünə malik bir müəssisə inşa etməyi planlaşdırır.
 

Reklam_3_11

Layihənin, Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Arkadiy Rotenbergin keçmişdə sahibi olduğu "RusGasDobycha" ilə birgə aparılacağı məlumatına yer verilən xəbərdə, layihədə ümumi investisiyanın 20 milyard dollara çatacağı qeyd olunub.
 

"Mitsui" və "Mitsubishi" kimi bəzi Yapon şirkətlərinin də layihəyə maraq göstərdiklərinin qeyd edildiyi xəbərə görə, eyni ərazidə inşası planlaşdırılan Baltic LNG layihəsinə də mayeləşdirmək üçün qaz təmin edilməsi nəzərdə tutulur.
 

Həyata keçirilməsi halında, təxminən 55 milyard dollarlıq dəyəri olan "Sibirin Gücü" təbii qaz boru xəttindən sonra "Qazprom"un ən böyük ikinci investisiyası olacaq layihə ilə Rusiyanın enerji məhsulları ixracının şaxələndirilməsi məqsədi güdülür.

23.04.2018 19:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ