Ən yuxarı statik reklam_3

Ermənistan iqtisadiyyatı çətin günlərini yaşayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ermənistan iqtisadiyyatı çətin günlərini yaşayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Bankı göstəricilərindən toplanmış məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 2008-ci ildən bəri 2 faiz artaraq təxminən 30%-ə çatıb. Yəni ölkədəki 100 nəfərdən 30-u yoxsuldur.
 

"Marja" xəbər verir ki, Ermənistanda işsizlik nisbətləri 2008-dən bəri 16% ilə 19% arasında dəyişir. Ötən il rəsmi işsizlik nisbəti 17,7% olaraq müəyyən edilib. Dünya Bankının məlumatlarına görə, ölkə əhalisinin təxminən 30%-i yoxsulluq səviyyəsində yaşayır.
 

Reklam_3_11

Təxminən üç milyon əhaliyə malik olan Ermənistan iqtisadiyyatı 2017-ci ildə 7,5% artıb, bu il isə 4,5%-lik bir artım gözlənilir. İqtisadiçılar isə bu inkişafın əhatəli olmadığı qənaətindədir.
 

MİNİMUM ƏMƏK HAQQI 115 DOLLARDIR
 

Dünya Bankına görə, ölkənin milli gəliri ötən il 11,6 milyard dollara çatıb, adambaşına milli gəlir 3 min 813 dollar olub. Adam başına düşən milli gəlir 2008-də 4 min 10 dollar idi. Ölkədəki minimum əmək haqqı isə 55 min Ermənistan Dramıdır (115 dollar).
 

Ermənistan iqtisadiyyatı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının kreditlərinə və Rusiyanın yardımlarına böyük  miqyasda asılıdır. Ölkənin enerji sektoru Rusiya tərəfindən idarə olunur.
 

Digər tərəfdən, ölkənin xarici borcu bu ilin fevral ayında 5,6 milyard dollar olarkən, bu miqdar ÜDM-nin təxminən yarısına təsadüf edir.
 

Ölkə rəhbərliyi BVF və Dünya Bankı kimi beynəlxalq iqtisadi təşkilatlardan kredit alaraq iqtisadiyyatı tarazlıqda saxlamağa çalışarkən, ölkə xaricində yaşayan diaspor da iqtisadiyyat üçün yardımlar edir.
 

Ölkənin əsas xarici ticarət tərəfdaşları, İran, Rusiya, Avropa İttifaqı ölkələri, Gürcüstan, Çin və Ukraynadır.  
 

Ermənistanın Baş Naziri Serj Sarkisyan etirazlar səbəbindən dünən istefa vermişdir. Sarkisyan, "Küçələrdəki etirazçılar mənim baş nazir olmağımı istəmir. Tələbinizi yerinə yetirirəm. Sizə son dəfə baş nazir kimi müraciət edirəm. Paşinyan haqlı idi. Yanılmışam. Baş nazir vəzifəsindən istefa verirəm". deyərək istefa verdiyini açıqlamışdı.

24.04.2018 12:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ