Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan "Euro 5"standartına uyğun benzin ixrac edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan "Euro 5"standartına uyğun benzin ixrac edəcək

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan modernizasiya və rekonstruksiya işlərindən sonra burada istehsal olunan benzinin 25%-i ixrac ediləcək.

 

Reklam_3_11

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi bildirib.

 

O qeyd edib ki, Zavodda aparılan işlərdən sonra illik benzin istehsalının həcmi 2,2 mln.ton təşkil edəcək:"Bu həcmin isə 75%-i daxili bazara yönəldiləcək, 25%-i ixrac olunacaq. Zavodda istehsal olunacaq benzin "Euro-5" standartına cavab verəcək və benzin istehsalı ümumi istehsalın 29%-ni təşkil edəcək. İstehsal olunacaq benzinin 16%-nin "Ai-92", 13%-nin "Ai-95" markalı benzin olması planlaşdırılır".

 

Qeyd edək ki, zavodda hazırda ancaq 92 markalı benzin istehsal olunur və istehsal olunan bütün həcmlər daxili bazara yönəldilir.

 

Qeyd olunub ki, yenidənqurmadan sonra zavodda dizel yanacağı istehsalının 2,9 mln.tona qədər artması gözlənilir ki, bu da ümumi istehsalın 39%-ni tutacaq. "Euro-5" standartına cavab verəcək dizel yanacağının 40%-i ixrac ediləcək, 60%-i isə daxili bazarda realizə olunacaq.

 

Zavodda ildə 1 mln.ton həcmində təyyarə yanacağı istehsal olunacaq. Bu isə ümumi istehsalın 13-%-ni təşkil edəcək. İstehsal olunan təyyarə yanacağının 40%-nin ixrac olunması,60%-nin daxili bazara yönəldilməsi planlaşdırılır.

 

© Report

24.04.2018 15:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ