Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Miqrasiya Xidmətinin yeni sədri: “Şəffaflıq tam təmin ediləcək”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Miqrasiya Xidmətinin yeni sədri: “Şəffaflıq tam təmin ediləcək”

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Əfqan oğlu Hüseynov Xidmətin kollektivinə təqdim edilib.

 

Yeni xidmət rəisini kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təqdim edib.

 

R.Mehdiyev Vüsal Hüseynovun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

 

O, Azərbaycan Prezidenti İlham Əliyevin miqrasiya sahəsinə xüsusi diqqət və qayğısından danışıb, dünyada bu məsələnin aktuallığını qeyd edib. Miqrasiya proseslərinin tənzimlənməsinin də ölkədə aparılan siyasətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. R.Mehdiyev dövlət başçısı tərəfindən miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı Xidmətin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

 

V.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının Dövlət Miqrasiya Xidməti ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini vurğulayıb.

 

V.Hüseynov Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirib və DMX-nin fəaliyyətində sistemli yanaşma və müraciət edənlərin məmnunluğunun təmin ediləcəyi prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

24.04.2018 16:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ