Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Tramp: İrana Aralıq Dənizinə çatmaq imkanı verməyəcəyik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: İrana Aralıq Dənizinə çatmaq imkanı verməyəcəyik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
ABŞ Prezidenti Donald Tramp, "Yaxın Şərqdə hər bir münaqişənin arxasından iran çıxır. İrana Aralıq Dənizinə çatmaq imkanı verməyəcəyik. Suriyadan çıxmağı çox istərdim. Güclü və möhkəm iz qoyduqdan sonra Suriyadan çıxacağıq" deyib.


 

Reklam_3_11

Fransa Prezidenti Emmanuel Makron ilə görüşən ABŞ Prezidenti Donald Tramp, Suriya müharibəsi və İran ilə nüvə müqavilənin gələcəyinə dair müzakirələr parıb.
 

İkitərəfli danışıqlarının ardından mətbuat mənsublarının suallarını cavablandırıb.
 

Tramp Suriya məsələsinə dair, "Suriyadan çıxmağı çox istərdim" açıqlamasını edərkən, Makron, "Suriya problemini müzakirə etdik. Bu gün Suriya məsələsində, İŞİD qarşısında beynəlxalq koalisiya üçün bir yerdəyik, amma sabah Suriyada siyasi həll məsələsini həll etmək də lazımdır. Suriya insanları gələcəklərini  sərbəst şəkildə seçməlidir" - deyib.
 

Makron, "İran ilə yeni bir müqavilə üzərində işləmək istərdik, maraqlarımız daxilində şəkilə daha geniş baxmaq lazımdır" deyib. Tramp isə "müqavilə ola bilər də, olmaya bilər də" deyib.
 

Makron, işğal deyil, sülhün vacibliyini vurğulayıb və narahatlıqların həllinə bu istiqamətdə yanaşmaq lazım olduğunu vurğulayıb.
 

Tramp isə Yaxın Şərqin ABŞ-a 7 milyard dollar xərci olduğunu və qarşılığında hiç bir şey əldə olunmadığını vurğulayıb. "ABŞ ödəməyə davam etməyəcək, meydanda əsgərlərimiz" var deyən Tramp, bu xərcin qarşılığını ödəyəcək ölkələr olduğunu ifadə edib.
 

Tramp İranın ABŞ-ı təhdid etməsi vəziyyətində bunun əvəzini ödəyəcəyini də vurğulayıb.

25.04.2018 05:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ