“Women Bankers Club”un növbəti görüşü keçirilib
21 aprel 2018-ci il tarixində “Women Bankers Club”un növbəti görüşü keçirildi.
Görüşün budəfəki qonağı Xalq yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev oldu.
Tədbirin əsas məqsədi Azərbaycanın bank sektorunda çalışan qadın bankirlərini bir yerə toplayaraq cəmiyyətin vacib saydığı məsələlərin müzakirəsi idi.
Qadın bankirlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan qadınının cəmiyyətdə, biznesdə, həmçinin ailədə rolu və bizim cəmiyyətə verə biləcəyi töhfəsi haqqında danışılıb. Xalq yazıçısı Çingiz Abdullayev tərəfindən mövzu ilə bağlı həyati məsləhətlər və tövsiyələr verilib, görüşün sonunda isə tədbir iştirakçıları arasında faydalı tanışlıqlar və mövzu ətrafında fikir mübadilələri aparılıb.
Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.
“Women Bankers Club” (Qadın Bankirlər Klubu) yeni yaradılsa da, tez bir vaxt ərzində bir çoxlarının rəğbətini qazanmağa müvəffəq olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl