2 əhəng zavodu istifadəyə veriləcək
“Mətanət-A” şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa çatdırılıb.
"Marja" xəbər verir ki, bu barədə Qazax Rayon İcra Hakimiyyətindən bildirilib.
Zavodlar yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
“Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində illik gücü 9 600 ton olan elektrod zavodunun tikintisi isə sürətlə davam edir.
“İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində “Aqropark” yaradılmış, 41 ədəd texnika alınmış, tutumu 2 500 ton quru anbar və texnikaların təmiri və saxlanması üçün qaraj tikilmiş, tutumu 2 600 ton olan soyuducu anbarın, sahəsi 300 kvadratmetr olan ikimərtəbəli ofis binasının tikintisi davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 d. əvvəl
-
4 d. əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 6 d. əvvəl
- 12 d. əvvəl
- 17 d. əvvəl
-
34 d. əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 35 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
-
57 d. əvvəl
Bakı Fond Birjasında keçirilən əməliyyatların həcmi 11 milyard manatı ötüb
- 1 saat əvvəl