Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ən aşağı "AXA Mbask"da qeydə alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən aşağı "AXA Mbask"da qeydə alınıb

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si 2017-ci ildəki gəlirlərinın məbləği barədə məlumat verib ki, bunlardan da 6-da sözügedən göstərici 30 milyon manatdan çoxdur.

 

Reklam_3_11

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (24,151 milyon manat), "PAŞA Sığorta" (111,697 milyon manat), "Atəşgah Həyat Sığorta" (71,613 milyon manat), "Azərsığorta" (48,834 milyon manat), "Atəşgah Sığorta" (39,572 milyon manat) və "Azsığorta" (31,325 milyon manat) ASC-lərdir.

 

Adları çəkilən 6 şirkətin məcmu gəlirləri 427,192 milyon manat təşkil edir ki, bu da bazarın 69,1%-i deməkdir. Qalan 14 sığorta şirkətindən 10-nun gəlirləri 10-30 milyon manat arasında, 4-nün gəlirləri isə 10 milyon manatdan azdır.

 

20 şirkətdən 8-i ötən il gəlirlərini artırıb. Ən yüksək müsbət dinamika "Günay Sığorta" ASC-də (2,5 dəfə), ən aşağı müsbət dinamika isə "AXA Mbask" ASC-də (6,1%) qeydə alınıb. Qalan 12 sığorta şirkətinin isə gəlirləri azalıb. Ən yüksək mənfi dinamika "Amrah Sığorta" ASC-də (53,4%), ən aşağı mənfi dinamika isə "Azərbaycan Sənaye Sığorta" ASC-də (4,9%) baş verib.

 

***

 

2017-ci ildəki xərclərinin məbləği barədə məlumat vermiş 20 sığorta şirkətindən 6-da sözügedən göstərici 30 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (107,219 milyon manat), "PAŞA Sığorta" (95,203 milyon manat), "Atəşgah Həyat Sığorta" (65,622 milyon manat), "Azərsığorta" (45,201 milyon manat), "Atəşgah Sığorta" (40,599 milyon manat) və "Azsığorta" (34,39 milyon manat) ASC-lərdir.

 

Adları çəkilən 6 şirkətin məcmu xərcləri 388,234 milyon manat təşkil edir ki, bu da bazarın 68,9%-i deməkdir. Qalan 14 sığorta şirkətindən 10-nun xərcləri 10-30 milyon manat arasında, 3-nün xərcləri 1-10 milyon manat arasında, 1-nin - "Amrah Sığorta" ASC-nin xərcləri isə 765 min manatdır. 

 

20 şirkətdən 10-u ötən il xərclərini artırıb. Ən yüksək müsbət dinamika "Günay Sığorta" ASC-də (2,6 dəfə), ən aşağı müsbət dinamika isə "A-Qrup Sığorta" ASC-də (4%) qeydə alınıb. Qalan 10 sığorta şirkətinin isə xərcləri azalıb. Ən yüksək mənfi dinamika "Standard Insurance" ASC-də (42%), ən aşağı mənfi dinamika isə "Atəşgah Sığorta" ASC-də (3,9%) baş verib.

 

"Naxçıvan Sığorta" ASC gəlirlərinin və xərclərinin məbləği barədə məlumat verməyib.

 

© "Renkinq"

26.04.2018 07:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ