Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Bank Silk Vey" yüksək məbləğdə mənfəət açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Silk Vey" yüksək məbləğdə mənfəət açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bank Silk Vey" ASC 2018-ci ilin 1-ci rübünü 11 milyon 679 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 1-ci rübünü 2 milyon 35 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, "Bank Silk Vey"in xalis mənfəəti 5,7 dəfə artıb. 

 

Reklam_3_11

"Bank Silk Vey" ASC 2017-ci ili 1 milyon 600 min manat xalis mənfəətlə başa vurmuşdu.

 

"Marja" Bankın maiyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Silk Vey"in cəmi gəlirləri 12% artaraq 11 milyon 984 min manat təşkil edib. Bank 2017-ci ilin 1-ci rübündə 10 milyon 703 min manat cəmi gəlir əldə etmişdi.

 

İlk rübdə, gəlirlərdən xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 610 min manat əməliyyat mənfəəti qalıb.Lakin Bankın kredit və depozit itkiləri üzrə ötən illər yaratdığı ehtiyatların 10 milyon 19 min manatı gəlirə çevrildiyindən (azad olduğundan) Bankın xalis mənfəəti 11 milyon 679 min manata yüksəlib.

 

2018-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Silk Vey"in əməliyyat mənfəəti 30% azalaraq 1 milyon 610 min manata düşüb. Bank 2017-ci ilin 1-ci rübündə 2 milyon 303 min manat əməliyyat mənfəəti əldə etmşdi.

 

31 Mart 2018-ci ildə "Bank Silk Vey"in cəmi aktivləri 492 milyon 872 min manat təşkil edib. Aktivlərin 412 milyon 666 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 29 Dekabr 2017-ci il tarixində "Bank Silk Vey" ASC 480 milyon 382 min manat cəmi aktivlərə, o cümlədən 424 milyon 28 min manat kredit portfelinə malik idi.

26.04.2018 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ