Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mingəçevir elektrik stansiyası yenidənqurmadan sonra istifadəyə veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mingəçevir elektrik stansiyası yenidənqurmadan sonra istifadəyə veriləcək

"Cari ildə elektroenergetika sistemində bir sıra yeniliklərin olacağı gözlənilir".

 

Reklam_3_11

Bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

 

E.Pirverdiyevin sözlərinə görə, 2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının bu il istifadəyə verilməsi nəzərdə tutulur.

 

“2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə "Şimal-2" elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan "Astara-1", "Oğuz-1", "Oğuz-2" və "Oğuz-3" kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə "Azərenerji" ASC-nin prezidenti deyə vurğulayıb.

26.04.2018 09:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ