Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bank UNEC-də karyera günü keçirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank UNEC-də karyera günü keçirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində “Azərbaycan Beynəlxalq Bankının iş dünyası ilə tanışlıq” mövzusunda təqdimat keçirilib.

 

Tədbir UNEC tələbələrinin Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti, bankda mövcud olan təcrübə proqramları barədə məlumatlandırılması, onların bu proqramlara cəlb olunması ilə maliyyə bazarları üçün peşəkar kadr hazırlığına dəstək, karyera istiqaməti seçimində gənclərin maarifləndirilməsi məqsədi daşıyıb.

 

Bank əməkdaşları tələbələrə bankın fəaliyyəti, məhsul və xidmətləri, fəaliyyət göstəriciləri, təcrübə proqramları və s. barədə ətraflı məlumatlar təqdim ediblər. İş həyatına doğru ilk uğurlu addımlar üçün CV-lərin peşəkar qaydada tərtibi, müsahibəyə hazırlıq barədə onlara tövsiyələr verilib. Tələbələrin sualları cavablandırılıb və CV-ləri qəbul olunub.

 

Azərbaycan Beynəlxalq Bankının İnsan Resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin direktoru Şölə Əkbərova bildirib: “Müvafiq ixtisaslara yiyələnən gənclərimizin öz bilik və bacarıqlarına uyğun karyera qurmalarına dəstək, onlara bu sahədə bərabər imkanların yaradılması üçün Azərbaycan Beynəlxalq Bankı bu cür tədbirləri digər ali təhsil müəssisələrində də təşkil etmək niyyətindədir”. 

26.04.2018 09:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ