Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“AS Qrup İnvestment”in dəstəyilə beynəlxlq boks yarışı keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AS Qrup İnvestment”in dəstəyilə beynəlxlq boks yarışı keçiriləcək

4 may 2018-ci il tarixində Bakıda ilk dəfə peşəkar boks yarışı təşkil olunacaq.

 

Reklam_3_11

“AS Qrup İnvestment” şirkətlər qrupunun dəstəyi, “BoomBox” şirkətinin təşkilatçılığı ilə Bakı Əl Oyunları Sarayında keçiriləcək boks gecəsində tam 4 titul uğrunda döyüşlər baş tutacaq.

 

Dünyanın 5 ölkəsindən 10-dan çox boksçu arasında döyüşlərdə WBC Youth (Dablyu-Bi-Si Gənclər), IBF International ( Ay-Bi-Ef Beynəlxalq), WBA Continental (Dablyu-Bi-Ei Qitə)  WBA Inter-Continental (Dablyu-Bi-Ei Qitələrarası) kateqoriyaları üzrə çempionlar müəyyənləşəcək.

 

Gecənin əsas döyüşündə azərbaycanlı Ramil Hacıyev WBC Youth versiyası üzrə dünya çempionu kəməri uğurunda rinqə çıxacaq. Əvvəlcə onun rəqibi britaniyalı Tey Linn olaraq təsdiqlənmişdi. Lakin daha sonra əcnəbi boksçu belində olan zədəyə görə döyüşdə iştirak edə bilməyəcəyini bildirdi. Ramilin rəqibi olaraq isə dünya reytinqində Top 100-də olan Mateo Veron seçilib.

 

Həmin gün məşhur rusiyalı qardaşlar Həsən və Hüseyn Baysanqurov qardaşları öz titullu rəqibləri ilə ən məşhur beynəlxalq versiyalar WBA və IBF üzrə 3 titul uğrunda döyüşəcəklər. Həsən WBA Continental versiyası üzrə çempion kəmərini Quido Pitodan almağa çalışacaq. Onun böyük qardaşı Hüseyn isə özünün IBF International versiyası üzrə çempionluq kəmərini və WBA Inter-Continental versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün Antonio Villalobosla döyüşəcək.

 

Bu döyüşlərdən əlavə də maraqlı daha 5 qarşılaşma keçiriləcək. Boks turnirlərində rast gəlinən ənənəvi və məşhur şoularla birlikdə proqramın 5 saatadək davam etməsi gözlənilir. Bütünproqram “İdman Azərbaycan” kanalı vasitsilə canlı yayımlanacaq. Həyəcanı daha yaxından hiss etmə və Bakıdakı ilk beynəlxalq boks turnirinin canlı şahidi olmaq istəyənlər isə biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilər.

 

26.04.2018 14:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ