Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gömrükdən videoçəkiliş qadağası!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrükdən videoçəkiliş qadağası!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda gömrük nəzarəti həyata keçirilərkən şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilməyəcək. 


 
Bu, Dövlət Gömrük Komitəsi Kollegiyasının təsdiq etdiyi və bu aydan qüvvəyə minən “Şəxsi yoxlama aparılması haqqında” Protokolun forması”na edilən dəyişikliklərdə əksini tapıb. 


 
Protokola əsasən, indiyə qədər şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki həmcins hal-şahidinin iştirakı ilə eyni cinsdən olan gömrük əməkdaşı tərəfindən aparılmalı idi. Dəyişikliyə görə, bundan sonra şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılmalıdır və şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.


 
Qeyd edək ki, protokola əsasən, bundan sonra da əşyaları yoxlama iki nəfər hal şahidinin iştirakı ilə aparılacaq. Başqa fiziki şəxslərin bu yerlərə daxil olmasına və şəxsi yoxlama aparılmasını müşahidə etməsinə yol verilmir. Şəxsin bədən üzvlərini yalnız tibb işçisi yoxlamalıdır. Yoxlanılan şəxslər protokolu imzalamaqdan imtina etdikdə, bu barədə müvafiq qeydiyyat aparılır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi iştirakçılar tərəfindən imzalanır. 

 

© APA

27.04.2018 09:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ