Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hərbi məhsulların ixracında 2 qat artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərbi məhsulların ixracında 2 qat artım

 Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya keçirilib.

 

Nazirlikdən verilən məlumata görə, kollegiyaya sədrliyi nazir Yavər Camalov edib.
 

Qeyd edilib ki, hesabat dövründə istehsal olunan məhsulun 89 faizini müdafiə və xüsusi təyinatlı, 11 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb. İstehsal olunan məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

 

Cari ildə nazirliyin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 118 mövzunu əhatə edən 127 adda məmulat üzrə təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur. Aparılacaq işlər 181 mərhələni əhatə edəcəkdir. Yaradılması nəzərdə tutlan məmulatlardan xüsusi təyinatlı hücum pulemyotunu, müxtəlif millimetrlik avtomat silahları, iri çaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan komplesini, lüləaltı qumbaraatanını və snayper tüfəngləri üçün optik nişangahları göstərmək olar.

27.04.2018 10:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ