Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar bahalaşmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar bahalaşmaqda davam edir


Dollar mühüm valyutalar qarşısında bahalaşmaqda davam edir.

 

Reklam_3_11

Bu gün açıqlanan məlumata görə, ABŞ iqtisadiyyatı 2018-in ilk rübündə gözləntilərin (proqnozların) üzərində artıb.Ticarət Nazirliyinin məlumatlarına görə, ümumi daxili məhsul (ÜDM) 2.3% artıb. İqtisadi inkişafın artım sürətinin 2% olacağı gözlənirdi.İqtisadi inkişafın artım sürəti əvvəlki rüb ilə müqayisədə bir az azalmış olsa da, bugünkü göstərici 2015-dən bəri görülən ən yaxşı Yanvar-Mart dövrü göstəricisidir. Fed rəsmiləri ilk rübdə iqtisadi artım sürətinin bir qədər ləngiyəcəyini, ancaq bunun müvəqqəti olacağını bildirmişdi. İqtisadi vəziyyət yaxşılaşdığından Fed daha sürətlə faiz artıra bilər.

 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Bakı vaxtı ilə saat 17:10-a olan məlumata görə, Avro/dollar məzənnəsi 1.2087 səviyyəsinə göriləyib (Avro ucuzlaşıb, Dollar bahalaşıb).

 

Dolların 6 mühüm valyuta qarşısında dəyərini göstərən Dollar İndeksi (U.S. Dollar Index -DXY) 91.83 səviyyəsinə qalxıb. İndeks 0,30% yüksəlib. İndeks bu həftə 1.8 faiz yüksəlib.

 

Dollar, G - 10 pullarının hamısı qarşısında dəyər qazanıb. ABŞ Dollarının mühüm valyutalar qarşısında dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi də, ardıcıl üç gün yüksələrək, həftənin son iş günündə 0.14 faiz  artımla  1147.19 bənd olub.

27.04.2018 15:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ