Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yeni tikilən binalarda mənzil qiymətləri aşağı düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni tikilən binalarda mənzil qiymətləri aşağı düşür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda çoxlu sayda pilot layihələrin həyata keçirilməsi mənzil qiymətlərinin yüksəlməsinin qarşısını alıb. Hətta qiymətlərin düşdüyü də müşahidə olunur.

 

“Marja” xəbər verir ki, ərazilər üzrə orta hesabla qiymətlər 100-200 manat civarında aşağı düşüb. Məsələn, əvvəllər “Nəriman Nərimanov” metro stansiyası ətrafında təmirsiz mənzillərin 1 kv.m-i 1400-1500 manatdan təklif edilirdisə bu gün 1 kv.m-i 1200-1300 manatadan mənzil tapmaq mümkündür.   

 

"Sipark İnşaat" şirkəti "28 May" metro stansiyasından 600 metr məsafədə "Təbriz" yaşayış binasını tikir. Bu binada mənzilin 1m.kv-nin nəğd 1200 manata, kreditlə 1300 manata təklif olunur. 

 

“Xətai” metro stansiyası yaxınlığında da qiymətlərin düşdüyü müşahidə edilir. Məsələn, “Fininvest Construction” şirkəti inşa etdiyi “Khatai Light” yaşayış binasında mənzillərin 1 kvadrat metrini 1150 manatdan təklif edir. Bu qiymət  “Qara-Qarayev” və “Neftçilər” metro stansiyalarının ətrafındakı qiymətlərə yaxındır. “Xətai” metro stansiyası yaxınlığında mənzillərin 1 kv.m-i 1300-1400 mantdan təklif edilirdi. Bu zonada da qiymətlər təzyiq altındadır.

 

“Qara-Qarayev”, “Neftçilər” metro stansiyaları yaxınlığında da qiymətlərin təxminən 100 manat düşdüyü müşahidə olunur. Bu ərazidə tikintisinə yeni başlamış binalardan 1 kv.m-i 900-1000 manata, tikintisi yekunlaşmaq üzrə olan və ya yekunlaşmış binalardan isə 1000-1100 manata mənzil almaq mümkündür.

 

Yeni tikilən binada 1 kv.m-nin qiyməti 1100 manat olmuş Bakıxanov qəsəbəsində tikinti şirkətlərindən biri (Terras Park) 850 manatdan başlayan qiymətərlə mənzillər təklif edir. 

 

Bir sıra tikinti şirkətləri qiymətləri aşağı salmamaqda israr etsə də, artıq rəqib şirkətlər onları məcbur edir.

 

Daha başa gəldiyindən və təmir işləri aşağı keyfiyyətdə aparıldığından təmirli mənzillərə tələb böyük deyil. Bir sıra tikinti şirkətləri təmirli mənziləri 25 illik ipoteka ilə təklif etsələr də, alıcı tapmaqda çətinlik çəkirlər.

 

Bir çox tikinti şirkətləri mənziləri 36 ayadək  faizsiz daxili ipoteka ilə təklif edirlər.

 

Qeyd edək ki, Bakıda köhnə binalar sökülərək yerində yeniləri inşa edilir. Ən çox pilot layihə Nərimanov rayonu ərazisində reallaşdırılır.

30.04.2018 15:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ