Fed: ekspansionist pul siyasəti davam etdiriləcək
Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC), Çərşənbə günü verdiyi bəyanatda faizin 0.50 - 0.75 faiz aralığında saxladığı bildirilib.
"Marja" xəbər verir ki, ABŞ Mərkəzi Bankı, əmək bazarının mötədil inkişafın olduğu bir şəraitdə güclənməyə davam etdiyini, məşğulluq artımının "möhkəm" olduğunu və işsizliyin aşağı səviyyədə qaldığını bildirib.
ABŞ Mərkəzi Bankının açıqlamasında investisiyaların "yumşaq" qaldığı qeyd edilib, yaxınmüddətli risk mənzərəsinin "ümumi olaraq balanslı" olduğu təkrar olunub.
Edilən açıqlamada, ABŞ-da istehlakçı xərclərinin mülayim bir şəkildə artmağa davam etdiyi vurğulanıb, inflyasiyanın ötən rüblərdə artmasına baxmayaraq, hələ də 2 faiz hədəfindən aşağı olduğu və bazar əsaslı inflyasiya göstəricilərinin aşağı qaldığı bildirilib. 2 faizlik inflyasiya hədəfinə isə orta müddətdə çatılacağı nəzərdə tutularkən, bu hədəfə çatana qədər ekspansionist (yumuşaq) pul siyasətinin davam etdiriləcəyi qeyd edilib.
Ekspansionist pul siyasətində pul təklifi artırılır. Mərkəzi Bank iqtisadiyyatı canlandırmaq və inflyasiyanı yüksəltmək üçün bazardan istiqraz, xarici valyuta, qızıl və s. alır və dövriyyəyə pul buraxır. Beləliklə, pul təklifi artır. Eyni zamanda faizlər aşağı salınır. Bazara ötürülən vəsaitlər investisiyaya çevrilir, yeni iş yerləri açılır, insanların gəlirləri artır. Nəticədə də insanlar daha çox xərcləməyə başlayırlar və bu da inflyasiyanı daha da yüksədir.
Xəbər verdiyimiz kimi ABŞ-ın yeni prezidenti güclü Dollara qarşı çıxır. Analitiklər bildirirlər ki, Fed Donald Trump-ı nəzərə almağa başlayıb. Buna görə, Fed Dolların daha da bahalaşmaması üçün faiz artırmaqda İyun ayına qədər gözləyəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl