Mikayıl Cabbarov və sahibkarlar razılaşdı - iş adamları yeni şura yaradır
Bu gün Azərbaycan vergilər naziri Mikayıl Cabbarovun iş adamları ilə görüşündə Azərbaycan Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması razılığı əldə edilib. Bu barədə görüşdə iştirak edən iş adamları məlumat verib.
Məlumata görə, bundan sonra bankların və digər maliyyə institutlarının, həmçinin başqa biznes strukturlarının bütün problemləri həmin şura çərçivəsində müzakirə ediləcək.
Bundan əlavə nazirlə görüş çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi ödəyicisi ilə nazirlik arasındakı münasibətlərin şəffaflaşdırılması müzakirə edilib.
M.Cabbarov görüşdə sahibkarlara bildirib ki, onların Nazirliyə ünvanladığı təkliflərin əksəriyyəti müsbət qiymətləndirilib və bu təkliflər qruplaşdırılaraq müzakirə üçün hökumətə göndərilib.
Qeyd edək ki, bu gün Azərbaycan vergilər naziri Mikayıl Cabbarov Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
15 d. əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 16 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
-
38 d. əvvəl
Bakı Fond Birjasında keçirilən əməliyyatların həcmi 11 milyard manatı ötüb
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib