Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mənfəətlə işləməyə başlaması səhmlərini bahalaşdırır - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənfəətlə işləməyə başlaması səhmlərini bahalaşdırır - QİYMƏTLƏR

“Holcim Azerbaijan” ASC-nin 2 illik fasilədən sonra yenidən mənfəətlə işləməyə başlaması onun səhmlərini bahalaşdırıb.

 

Bu barədə Bakı Fond Birjası” QSC-yə (BFB) istinadən xəbər verir.

 

Xatırladaq ki, Azərbaycanın aparıcı sement istehsalçısının 20 manatlıq nominal dəyərə malik səhmləri bu ilin yanvar ayında 25 manatdan alınıb-satılıb. Martda qiymət 22,5 manata, apreldə isə 20 manata düşüb.

 

Ötən ay “Holcim Azerbaijan” 2017-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, şirkət ötən ili 1,759 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, sement istehsalçısı 2016-cı ildən 27,008 mln. manat, 2015-ci ildən isə 99,139 mln. manat xalis zərərlə çıxmışdı.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Müsbət xəbərin ardınca “Holcim Azerbaijan”ın səhmlərinə maraq artmağa başlayıb. Mayın 2-də BFB-də bağlanmış əqdə əsasən, şirkətin səhmləri 21 manatdan realizə edilib. Bu isə aprel ayı ilə müqayisədə 5% çoxdur.

 

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

 

© Report

03.05.2018 13:56

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ