Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank sektoru tənəzzüldən xilas ola bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektoru tənəzzüldən xilas ola bilmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprel ayında Azərbaycanın bank sektorunun cəmi aktivləri 592 milyon manat azalıb.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Fevral ayının sonunda 28 milyard 499 milyon manat olmuş cəmi aktivər, Mart ayının sonunadək 27 milyard 907 milyon manata düşüb.

 

Bankların əsas gəlir mənbəyi olan kreditlər də azalıb. Martda xalis kreditlər 82 milyon manat azalaraq 9 milyard 595 milyon manata düşüb.

 

Bankların digər banklardakı depozitləri də 57 milyon manat azalaraq 7 milyard 757 milyon manata geriləyib. Banklar da depozit yerləşdirib gəlir əldə edə bilirlər.

 

Bankların digər gəlir yeri olan qiymətli kağızlara investisiyalar da 2 milyard 472 milyon manatdan 2 milyard 302 milyon manata düşüb (170 milyon manat azalma).

 

Bankların digər banklara və maliyyə institutlarına verdikləri kreditlər 15,5 milyon manat azalaraq 227,1 milyon manata geriləyib.

 

Bank sektoru öhdəliklər cəbhəsində də tənəzzüldədir. Mart ayında depozitlər 423 milyon manat azalaraq 16 milyard 717 milyon manata düşüb.

 

O cümlədən, Martda fiziki şəxslərin depozitləri (əhalinin əmanətləri) 157 milyon manat azalaraq 7 milyard 580 milyon manata enib. Hüquqi şəxslərin depozitləri isə 266 milyon manat azalaraq 9 milyard 137 milyon manata düşüb.

 

Digər maliyyə institutlarının depozitləri 198 milyon manat azalaraq 1 milyard 230 milyon manata enib.

 

Mart ayında Fevralın sonu ilə müqayisədə bankların cəmi kapitalı 15 milyon manat azalaraq 3 milyard 870 milyon manata geriləyib.

 

İlk 3 ayı Azərbaycanın bank sektoru  55,9 milyon manat zərər ilə başa vurub. Bank sektoru üzrə zərərin yaranması VTB Bank (Azərbaycan)-ın 2018-ci ilin yanvar-mart dövrünü 247 milyon 412 min manat zərər ilə başa vurmasıdır. Ümumiyyətlə, 2018-ci ilin 1-ci rübünü 7 bank zərər ilə başa vurub. 7 bankın birlikdə zərəri 23 bankın mənfəətini üstələyib. Bu səbəbdən bank sektoru üzrə yekun nəticə mənfidir. 

 

Bank sektorunda tənəzzül devalvasiyalardan sonra hər ay davam edir.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bəyan edib ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin işə düşməsi, İpoteka və Zəmanət Fondunun fəaliyyətə başlaması ilə kreditlərə tələb canlanacaqdır.

 

Əlavə edək ki, 2018-ci ilin ilk rübünün maliyyə nəticələri göstərir ki, 6 bankın gəlirləri xərclərini ödəmir. 3 bankda xərclərin gəlirlərdən yüksək olması daha çoxdur. Bu banklar ya xərcləri kəskin azaltaraq gəlirə uyğunlaşdırmalı, ya da müştərilərə verilən kreditlər ciddi məbəğdə artırılaraq  gəlirlər yüksəldilməlidir. Bu da hazırkı vəziyətdə çox çətindir. Başqa yollar digər banka birləşmək və ya fəaliyyəti dayandırmaqdır.

 

 Bank sektorunun icmal balansı (mln manatla)

Aktivlər

28.02.2018

31.03.2018

1. Nağd vəsaitlər

1,295.9

1,307.3

2. Mərkəzi Bankda müxbir hesablar*

2,739.9

2,947.7

3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar)

1,781.5

1,389.2

4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər

7,814.4

7,756.6

5. Qiymətli kağızlar

2,471.6

2,301.6

6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər

242.6

227.1

6.1 xalis kreditlər

192.4

176.1

7. Müştərilərə verilən kreditlər

11,147.2

11,249.6

7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

1,469.9

1,654.0

7.2 Xalis kreditlər

9,677.3

9,595.5

8. Əsas vəsaitlər

858.2

855.0

9. Qeyri-maddi aktivlər

127.5

127.5

10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)

1,540.1

1,450.9

11. Cəmi aktivlər

28,498.8

27,907.4

 

 

Öhdəliklər

28.02.2018

31.03.2018

1. Depozitlər (maliyyə institutları istisna olmaqla)

17,140.3

16,717.1

1.1 Fiziki şəxslərin depoziti

7,737.2

7,580.0

1.1.1 müddətli

5,262.8

5,329.5

1.1.2 tələbli

2,474.4

2,250.6

1.2 Hüquqi şəxslərin depoziti**

9,403.1

9,137.0

1.2.1 müddətli

1,827.8

1,796.7

1.2.2 tələbli***, o cümlədən

7,575.3

7,340.3

- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri

-

77.2

2. Mərkəzi Bankın banklara qarşı tələbləri

497.5

499.0

3. Loro hesablar

190.7

211.5

4. Maliyyə institutlarının depozitləri

1,428.2

1,230.3

5. Bankların kreditləri

217.2

90.8

    

6. Digər maliyyə institutlarının kreditləri

1,885.8

1,899.9

7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar

1,852.3

1,851.8

8. Digər passivlər****

1,401.6

1,536.9

9. Cəmi öhdəliklər

24,613.6

24,037.3

 

 

KAPİTAL

28.02.2018

31.03.2018

10. Xüsusi kapital

3,635.6

3,633.7

11. Ümumi ehtiyatlar

249.6

236.4

12. Cəmi kapital

3,885.2

3,870.1

13. Cəmi öhdəliklər və kapital

28,498.8

27,907.4

Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri hüquqi şəxslərin depozitlərində əks olunmuşdur.

* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla

** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla

*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla

**** Fiziki şəxslərin subordinasiya xarakterli depozitləri nəzərə alınmaqla

 

Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə) (mln manatla)

Mənfəət və zərər maddələri

31.03.2018

 

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri

 

428.0

 

1.1 Kreditlər üzrə faizlər

 

287.0

 

2. Faiz və onlara bağlı xərclər

 

151.9

 

2.1 Depozitlər üzrə faizlər

 

95.1

 

3. Xalis faiz gəliri (zərəri)

 

276.1

 

4. Qeyri-faiz gəlirləri

 

114.5

 

5. Qeyri-faiz xərcləri

 

242.7

 

6. Əməliyyat mənfəəti (zərəri)

 

147.9

7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

 

197.5

 

8. Digər gəlirlər (xərclər)

 

1.4

 

9. Vergilər ödənilənədək mənfəət (zərər)

 

(48.2)

 

10. Mənfəətdən vergilər

 

7.7

 

11. Xalis mənfəət (zərər)

 

(55.9)

08.05.2018 06:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ