Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Nar” fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkasında iştirak edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nar” fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkasında iştirak edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Nar” Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən fiziki məhdudiyyətli tələbələr üçün təşkil edilmiş əmək yarmarkasında iştirak edir.

 

Reklam_3_11

Mobil operator 50-dək şirkətin iştirak etdiyi yarmarkada satışın analitikası üzrə mütəxəssis, kiçik və orta müəssisələr üzrə mütəxəssis və müştəri xidmətləri təmsilçisi vəzifələrinə sənəd qəbulu elan edir.

 

Eyni zamanda, mobil operator tələbələrə satış və marketinq sahələri üzrə yay proqramı təklif edir. Mayın 5-də, “Park Inn” otelində keçirilən yarmarka saat 10:00-dan etibarən açıqdır. Yarmarkaya giriş sərbəstdir.

 

Fiziki məhdudiyyətli gənclərə xüsusi diqqətlə yanaşan “Nar” onların cəmiyyətə inteqrasiya edilməsi yönündə layihələr həyata keçirir. Bu mənada, “Nar”-ın Bakı, Zaqatala və Göygöl şəhərlərində həyata keçirdiyi “Fiziki məhdudiyyətli gənclər üçün təlim məktəbləri” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür layihələri həyata keçirməklə yanaşı, mobil operatorun özündə də fiziki məhdudiyyətli gənclər müxtəlif vəzifələrdə çalışır.

 

Qeyd edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar” “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.

 

“Azerfon” MMC (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini istifadəyə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

05.05.2018 11:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ