Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Palata/Nəhmətov: Kreditləşmədə ləngimə var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata/Nəhmətov: Kreditləşmədə ləngimə var

“2014-cü ildən etibarən bütün dünyada baş verən böhran Azərbaycan iqtisadiyyatına bu və digər şəkildə təsir edib”.

 

Bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentinin Xarici Nəzarət İdarəsinin rəisi Taleh Nəhmətov deyib.

 

Onun sözlərinə görə, xarici iqtisadi təsirlərə baxmayaraq 2017-ci ildə Azərbaycan iqtisadiyyatın inkişafını bərpa edə bilib: “Artıq Azərbaycandakı 12 faizlik inflyasiya 4 faizə enib. Qeyri-neft ümumi daxili məhsulu 2,9 faiz təşkil edib. İqtisadiyyatın müsbət trendləri bank sektoruna da təsir göstərməkdədir".

 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

O qeyd edib ki, artıq bank sektorunda müsbət tendensiyalar müşahidə edilir: "Maliyyə sektorunun 97 faizini banklar, 2,7 faizini sığorta sektoru təşkil edir. Artıq artım tempi bərpa edilib, yığımlar və öhdəliklərdə artımlar var. Sadəcə kreditləşmə sahəsində biz az ləngimə var. Sektorda çox yüksək likvid aktivlər 6,1 milyard təşkil edib. Cari öhdəliklər 10,6 milyard, əmanət portfeli 7,5 milyard manat olub. Məcmu kapital 3,2 milyard dollar olub”.

 

O vurğulayıb ki, ötən il ərzində bank sektorunda kapital adekvatlığı 19 faiz təşkil edib: “Verilmiş kreditlərdə də müsbət tendensiya var.  2017-ci ildə 5 milyard manat kredit verilib. Bunun 64 faizi real biznes məqsədi ilə verilib”.

 
"Bu ilin I rübündə Azərbaycan bankları kapitallarını 319 mln. manat artırıb"

 

Taleh Nəhmətov, “Bu ilin I rübündə Azərbaycan banklarının əlavə kapital inyeksiyası 319 mln. manat olub” deyib.

 
Onun sözlərinə görə, son iki ildə bankların əlavə kapital inyeksiyası 1,4 mlrd.manat olub.

 

“2016-cı ildə bankların kapital inyeksiyası 263 milyon, 2017-ci ildə 808 milyon, bu ilin I rübündə isə 319 milyon manat olub”, - deyə T.Nəhmədov vurğulayıb. 


"2018-ci ilin sonuna banklarda rəqəmsallaşdırma işləri yekunlaşacaq”

 

Taleh Nəhmətov  qeyd edib ki, 2018-ci ilin sonuna banklarda rəqəmsallaşdırma işləri yekunlaşacaq

 

Onun sözlərinə görə, artıq bununla bağlı bütün kommersiya bankları ilə danışıqlar aparılıb və onlardan razlıq alınıb.

 

© APA

05.05.2018 16:41

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ