Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

6 bankın mənfəəti, 3 bankın zərəri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
6 bankın mənfəəti, 3 bankın zərəri artıb

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 6-nin bu ilin yanvar-mart aylarındakı mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

 

Reklam_3_11

Bunlar "Xalq Bank", "AFB Bank", "Bank Silk Vey", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan" və "Azərbaycan Sənaye Bankı"dır.

 

Adı çəkilən banklar arasında ən yüksək dinamika "Xalq Bank"da (12,6 dəfə), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"nda (7,8%) qeydə alınıb.

 

11 bankın - "Kapital Bank", "Naxçıvan Bank", "Bank Avrasiya", "Günay Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Express Bank", "PAŞA Bank", "Bank BTB, "Rabitəbank" və "Azər-Türk Bank"ın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Azər-Türk Bank"da (82%), ən az azalma isə "Kapital Bank"da (27,7%) baş verib.

 

3 bankın - "Bank VTB Azərbaycan", "Amrah Bank" və "AGBank"ın zərəri illik müqayisədə çox olub. Müvafiq olaraq 944,3 dəfə, 3,7 dəfə və 78,4%.

 

2 bankın - "Access Bank" və "Turan Bank"ın isə zərəri illik müqayisədə az olub. Müvafiq olaraq 60,6% və 82%.

 

5 bank "Bank of Baku", "Bank Respublika", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı və "Unibank" bu ilin I rübünü mənfəətlə, ötən ilin I rübünü zərərlə, 2 bank - "Muğan Bank" və "Nikoyl Bank" isə bu ilin yanvar-mart aylarını zərərlə, ötən ilin yanvar-mart aylarını isə mənfəətlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

ABB mənfəətinin / zərərinin dinamikasının açıqlamayıb.

 

7 BANK ZƏRƏRLƏ İŞLƏYİR

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si bu ilin yanvar-mart aylarını zərərlə başa vurub.

 

Bunlar "Turan Bank", "Nikoyl Bank", "Muğan Bank", "AGBank", "Amrah Bank", "Access Bank" və "Bank VTB Azərbaycan"dır.

 

Zərərliliyin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (247,412 milyon manat), ən aşağı həddi isə "Turan Bank"da (216 min manat) qeydə alınıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qalan 23 bank isə 2018-ci ilin ilk 3 ayından mənfəətlə çıxıb. Ən çox mənfəət əldə edən bank "Azərbaycan Beynəlxalq Bankı" (139,895 milyon manat), ən az mənfəət əldə edən bank isə Pakistan Milli Bankının Bakı filialı (13 min manat) olub. 

 

© Renkinq

07.05.2018 06:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ