Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

5 yun tədarükü məntəqəsi inşa edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 yun tədarükü məntəqəsi inşa edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərxalça" ASC 2018-ci ilin sonunadək Naxçıvan, Bərdə, Qobustan, Sabirabad və Şabranda 5 yun tədarükü məntəqəsinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov məlumat verib.

 

"Bölgələrdə yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin də tikintisinə start verilib. Bu ilin sonunadək Naxçıvan, Bərdə, Qobustan, Sabirabad və Şabranda belə məntəqələrin inşasının başa çatacağı gözlənilir”, - deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.

 

Sədr vurğulayıb ki, yun və boyaq bitkilərinin tədarükü məntəqələri Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikilən Əyirici-Boyaq Fabrikini xammalla təmin edəcək. Fabrikdə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək.Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək.

 

1 GÜNƏ KREDİT ALIN!

 

V.Muradov əlavə edib ki, fabrikin işə salınması idxaldan asılılığı azaldacaq.

 

“Azərxalça” ASC prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Hazırda ölkədə cəmiyyətin 10 filialı (emalatxanası) fəaliyyət göstərir. 2019-cu ilədək filialların sayı 20-yə, 2020-ci ilədək 30-a çatacaq.

 

© İnterfaks-Azərbaycan

07.05.2018 06:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ