Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azər Türk Bank Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bank Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank növbəti Bakı Şopinq Festivalının tərəfdaşlarından biridir. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Artıq bu il üçüncüsü keçirlən  Bakı Şopinq Festivalı may ayının 1-dən 31-ə kimi davam edəcək.

 

Məlumatda qeyd edilir ki, Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), "ASAN Könüllüləri" Təşkilatı, Azərbaycan Dövlət İnformasiy Agentliyi və Azər Türk Bankdır.
 

Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür.

 

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

07.05.2018 11:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ