Həftənin yeddi günü müştərilərin xidmətində
Azər Türk Bankın müştəriləri şənbə və bazar günləri də Bankın xidmətlərindən yararlana bilərlər.
Belə ki, Bankın Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən 1 saylı şöbəsi və Qəbələ rayonunda yerləşən regional “ASAN xidmət” mərkəzində yerləşən “Qəbələ” şöbəsi həftənin yeddi günü həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərir.
Hər iki şöbə həftə içi hər gün saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) müştərilərin xidmətindədir.
Bununla yanaşı Azər Türk Bankın Masallı rayonunda yerləşən “Masallı” filialının əməkdaşları “ASAN HƏYAT” kompleksində yerləşən “ASAN xidmət” mərkəzinin inzibati binasında da müştərilərə xidmət göstərir. “ASAN xidmət” mərkəzinin inzibati binasında fəaliyyət göstərən əməkdaşların iş rejimi ASAN xidmət mərkəzinin iş rejimi ilə uyğunlaşdırılıb.
Qeyd olunan xidmət mərkəzlərinə müraciət etməklə müştərilər fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nəğd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların aparılması kimi xidmətlərdən yararlana bilərlər. Müştərilər həmçinin Azər Türk Bankın müxtəlif növlü ödəniş kartlarını da bu xidmət mərkəzlərindən sifariş verə bilərlər.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 8 d. əvvəl
-
14 d. əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
21 d. əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
11 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 11 saat əvvəl
-
12 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 12 saat əvvəl