Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha bir nəhəng yox olmaq təhlükəsilə qarşı-qarşıya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir nəhəng yox olmaq təhlükəsilə qarşı-qarşıya

"Air France yox ola bilər"


 

Reklam_3_11

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire, lazımi addımlar atılmadığı təqdirdə milli aviaşirkət "Air France"ın yox olmaq təhlükəsilə qarşı-qarşıya olduğunu açıqlayıb


 
"Marja" xəbər verir ki, təxminən 2,5 aydır "Air France"ın işçiləri maaş artımı və iş şəraitinin yaxşılaşdırılması tələbilə tətil keçirirlər.

 
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!

 

Aksiya keçirən pilotlar və hava yolu işçilərinə müraciət edən Le Maire, "şirkətin təhlükədə olduğunu" qeyd edərək, hakimiyyətin masaya qoyduğu pullardan daha artığını istəməmələri lazım olduğunu bildirib.
 

Fransanın  "Air France" şirkəti, sərnişin daşıma gücünə görə, "Ryanair", "Easyjet", "THY", "Lufthansa" və "British Airways"dan sonra Avropanın ən böyük 6-ci şirkəti mövqeyindədir.

 

"Air France"ın mövcudluğunun təhlükədə olduğu xəbərdarlığını edən Le Maire, bütün işçiləri məsuliyətli  davranmağa çağırıb.
 
 
ŞİRKƏTİN RƏHBƏRİ İSTEFA VERİB

 
"Air France"ın İdarə Heyətinin sədri Jan-Mark Janaillac, işçilər tərəfindən şirkətin təklif etdiyi maaş artımının rədd edilməsindən sonra istefa etmişdir.
 

Şirkət rəhbərliyi, "Air France"ın, 2018-in ilk rübündəki zərərinin 269 milyon avro olduğunu bildirmişdi. Tətillərin, xüsusilə aprel və may aylarında mənfi təsirini göstərəcəyi qeyd edilərkən, şirkətin tətil səbəbilə qarşılaşacağı itkinin "ən azı 300 milyon avro" olacağı ehtimal edilir.
 

Rəsmi şəxslər, yay aylarında intensiv şəkildə rezervasiya və bilet ləğvi qorxusu səbəbindən şirkətin gələcəyinin riskdə olduğu barədə xəbərdarlıq edirlər.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Fransada aviasiya, dəmir yolu və dövlət sektoru işçilərinin tətili səbəbilə başda turizm və restoran sektoru olmaqla bir çox sektorda əhəmiyyətli nisbətdə rezervasiya ləğvləri baş verir. Rəsmi şəxslər, tətillər səbəbindən ölkənin itkisinin 20%-ə çatdığını bildirirlər.

08.05.2018 05:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ