Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Kapital Bank”ın əhaliyə verdiyi kreditlər kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kapital Bank”ın əhaliyə verdiyi kreditlər kəskin artıb

2017-ci ildə “Kapital Bank”ın fiziki şəxslərə verdiyi kreditlər 146 milyon manat artıb.

 

“Marja” Bankın audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin sonunda fiziki şəxslərə verilmiş kreditlər 499 milyon 761 min manat ikən, 2017-ci ilin sonunda 645 milyon 842 min manata çatıb. Başqa sözlə, əhaliyə verilmiş kreditlər təxminən 30% və ya 146 milyon 81 min manat artıb.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Ötən il “Kapital Bank”ın dövlətə bağlı müəssisələrə verdiyi kreditlər 77 milyon 527 min manat azalaraq 450 milyon 249 min manata, korporativ kreditlər 105 milyon 766 min manat azalaraq 113 milyon 436 min manata, sahibkar olan fiziki şəxslərə verilmiş kreditlər isə 6 milyon 536 min manat azalaraq 12 milyon 55 min manata düşüb.

 

Fiziki şəxslərə verilmiş ipoteka kreditləri isə 7 milyon manat artaraq 32 milyon 352 min manata yüksəlib.

 

Ötən ilin sonunda “Kapital Bank”ın xalis kredit portfeli 1 milyard 163 milyon manat təşkil edib. 2016-cı ilin sonunda xalis kredit portfeli 1 milyard 203 milyon manat təşkil etmişdi. Şirkətlərə verilən kreditlərdəki kəskin azalmanın böyük hissəsi əhaliyə verilən kreditlərin atması ilə kompensasiya edilsədə, bu artım cəmi azalmanı tam örtməyə kifayət etməyib.

08.05.2018 09:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ